Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzey —Gəncə şəhərində yerləşən ən böyük və qədim muzey. Əsası 1924-cü ildə qoyulmuş muzeydə, hazırda 30.000-dən çox eksponat saxlanılır.
Muzey binası
Hazırda muzeyin yerləşdiyi bina XIX əsrdə tikilmişdir. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olmuşdur. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olmuş, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət etmişdi.