OTAQ

SEÇ

FAQ

HOTEL SİYASƏTLƏRİ:

  • Ev Heyvanları ilə bağlı Siyasət; Ev heyvanlarımızı hotelə gətirə bilərik?

Bələdçi heyvanlardan başqa digər ev heyvanlarının otelə daxil edilməsinə icazə verilmir.

  • Hansı ləğvetmə siyasətləriniz var?

Ləğvetmə siyasətlərimiz ilə tanış olmaq üçün, zəhmət olmasa bu keçiddən istfadə edin.

  • Məxfilik siyasəti

Məxfilik siyasətlərimiz ilə tanış olmaq üçün,zəhmət olmasa bu keçiddən istfadə edin.

  • Siqaret Çəkməklə bağlı Siyasət; Hotelin daxilində siqaret çəkə bilərəm?

Otaqlar siqaret çəkilən və çəkilməyən növlərə bölünüb. Bütün qonaqların rahatlığı üçün bayırda kül qabılar təchiz edilib, siqaret çəkmək istəyən şəxslər siqareti həmin yerlərdə çəkməlidir.

OTAQDA ƏLAVƏ XİDMƏTLƏR:

  • Hər otaqda Wi-Fi var?

Hotelin bütün ərazisində yüksək sürətli simsiz internet təmin edilir.

  • Bütün otaqlarda əlil arabası üçün keçid var?

Bəli, otaqlarımızın bəzilərində əlil arabası üçün keçid mövcuddur. Xahiş edirik, rezervasiya üçün zəng etdikdə ehtiyaclarınızı bizə bildirin ki, onları sizin üçün təmin edə bilək.

  • İki nəfərlik otaqda üçüncü adam üçün əlavə çarpayı istəyə bilərəm?

Siz yalnız rezervasiya zamanı müəyyənləşdirdiyiniz təqdirdə otağınız üçün əlavə çarpayı istəyə bilərsiniz.

  • Otaqda əlavə xidmət və ya hədiyyələr təşkil etdirə bilərəm?

Bəli, qonaqların yataq otaqlarında yerləşdirilə bilən müxtəlif qarşılama hədiyyələri təqdim edirik. Xahiş edirik, ətraflı məlumat üçün qeydiyyat masası ilə əlaqə yaradın.

  • Hoteldə uşaqlar üçün çarpayı mövcuddur?

Otaqların əksəriyyətində bir uşaq çarpayısını əlavə ödənişsiz təmin edə bilərik. Lakin uşaq çarpayılarının sayı məhduddur.

  • Qonaqların otaqlarında saç qurutma feni mövcuddur?

Bəli, bütün yataq otaqları pulsuz istifadə üçün bir saç qurutma feni ilə təchiz edilib.

HOTEL MƏLUMATLARI:

  • Hotelə giriş vaxtı nə vaxtdır?

Qonaqlardan saat 15:00-da hotelə gəlmələri gözlənilir. Mümkün olduqda sizi məmnuniyyətlə otağınıza daha erkən yerləşdirə bilərik.

  • Hoteldən çıxış vaxtı nə vaxtdır?

Çıxış vaxtı 12:00-dur. Mümkün olduqda vaxt uzadıla bilər, lakin bu hal əvvəlcədən bildirilməlidir.

  • Səhər yeməyi nə vaxt servis edilir?

Səhər yeməyi 07:00-dan 11:00-a qədər servis edilir.

  • Qəlyanaltı nə vaxt servis edilir?

Qəlyanaltı 12:30-dan 15:00-a qədər servis edilir

  • Nahar nə vaxt servis edilir?

Nahar 18:30-dan 21:00-a qədər servis edilir

  • Avtomobillərimizi harada park edə bilərik?

İstənilən növ nəqliyyat vasitəsinə uyğun gələn geniş parkinq ərazimiz mövcuddur.

  • Hoteldə kondisioner mövcuddur?

Bəli, hotelimiz kondisionerlərlə təchiz edilib.

  • 24-saat otaq servisiniz mövcuddur?

Bəli, 24-saat otaq servisi təmin edə bilərik.

  • Oyatma zəngləri

Qeydiyyat masasındakı əməkdaşlarımız tərəfindən sizin üçün oyatma zəngləri təşkil edilə bilər. Xahiş edirik, bu xidmət üçün qeydiyyat masası ilə əlaqə yaradın.

  • Ünvan

Gəncə şəhəri, Nizami Gəncəvi pr. 519, AZ2019, Gəncə Hava Limanından 10 dəqiqəlik məsafə.