OTAQ

SEÇ

Xan bağı


Xan bağı — Azərbaycanın Gəncə şəhərində yerləşən istirahət guşəsi.

Rəsmi sənədlərdə belə "Xan Bağı" adlandırılsa da, əslində "Sərdar Bağı"dır. Sərdar Bağı 1847-ci ildə çarın Qafqazdakı canişini ("sərdarı") knyaz Mixail Vorontsovun təşəbbüsü ilə salındığı üçün bu adı almışdır.

Gəncədə tarixən xanların istirahət guşəsi kimi mövcud olmuş Xan Bağı rus işğalından sonra ləğv edilmiş, oradakı ağacların bir qismi isə Sərdar Bağına köçürülmüşdür. Bağ hal-hazırda gəncəlilərin əsas istirahət guşələrindəndir.